Təcavüz, ekstremizm, yetkinlik yaşına çatmayanlar barəsində əxlaqsız hərəkətlər, uşaq pornoqrafiyasının hazırlanması, həmçinin terrorizmə açıq çağırışlar və qərarları Rusiyaya qarşı yönəlmiş beynəlxalq strukturlarla əməkdaşlıq edən şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər.
Bizim.Media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı qanun imzalayıb.
Yeni qanunda vətəndaşlıqdan məhrumetmə hallarına 72 cinayət növü, o cümlədən qətl, terrorizm və xarici dövlətlərlə Rusiyanın təhlükəsizliyinə qarşı əməkdaşlıq daxil edilib.
Bizim.Media