İsrailin Milli Təhlükəsizlik Şurası (MTŞ) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olan vətəndaşları üçün xəbərdarlığını yeniləyib.
Bizim.Media xəbər verir ki, bu addım, HƏMAS, Hizbullah və İslam Cihadı da daxil olmaqla, terror təşkilatlarının artan fəaliyyəti ilə əlaqədardır.
Milli Təhlükəsizlik Şurası BƏƏ-də xüsusilə dini bayramlar və şənbə günləri (şabbat) zamanı İsrail və yəhudi obyektlərinə qarşı terror aktlarının mümkünlüyü barədə xəbərdarlıq edib.
Qeyd olunur ki, BƏƏ risk səviyyəsi 3 olan ölkələr kateqoriyasındadır.
Vətəndaşlara zəruri olmayan səfərlərdən çəkinmək tövsiyə olunur.
Bizim.Media