Laos Prezidenti Thongloun Sisoulith Rusiya ilə diplomatik əlaqələrin qurulmasının 65-ci ildönümü münasibətilə prezidenti Vladimir Putinə iki fil hədiyyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Mənbə qeyd edir ki, Kremldə baş tutan görüşdə Putin təklif olunan qeyri-adi diplomatik hədiyyəyə gülərək “təsərrüfatda gərək olar” ifadəsini işlədib.
O, bu hədiyyəni səmimi və praktiki jest kimi dəyərləndirib.
Qeyd edək ki, fillər Laosta müqəddəs heyvan sayılır, eyni zamanda ölkənin milli rəmzlərindən biri kimi qəbul olunur. Laosun belə bir nadir hədiyyə təklif etməsi, ölkənin Rusiya ilə münasibətlərə verdiyi yüksək dəyərin göstəricisi kimi qiymətləndirilir.
Bizim.Media