Sverdlovsk vilayət məhkəməsi, 27 iyun tarixində Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əhliman Gəncəyev və Bəkir Səfərovun həbsdə qalmasına dair qərarı qüvvədə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi
Bizim.Media xəbər verir ki, bundan əvvəl Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi onları 19 oktyabr tarixinədək həbsdə saxlamaq qərarını vermişdi. Məhkumların vəkilləri bu qərara qarşı apellyasiya şikayəti vermişdilər, lakin şikayət təmin olunmayıb.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı ünvanlara reydlər təşkil etmişdi. Əməliyyat zamanı iki nəfər öldürülmüş, bir neçə nəfər isə yaralanmışdı.
Bizim.Media