Ukrayna Rusiyanın üç vilayətinə zərbə endirdi – VİDEO

Volqoqrad vilayətində dəmir yolunun zədələnməsi qatarların hərəkətində məhdudiyyətlərə səbəb olub.

Rusiyanın Penza vilayətində yerləşən "AO Radiozavod" müəssisəsi dronlarla vurulub.

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.

Onun sözlərinə görə, bu zavod Rusiya müdafiə sənayesi üçün mühüm obyekt sayılır və işğalçı ordu üçün müasir rabitə vasitələrinin istehsalı ilə məşğuldur.

Kovalenko əlavə edib ki, zavod aşağıdakı məhsulları istehsal edir:
 

“Mobil idarəetmə kompleksləri, avtomatlaşdırılmış döyüş idarəetmə sistemləri, Quru Qoşunları, Hava-Dessant Qoşunları və Strateji Raket Qoşunları üçün radiostansiyalar, zirehli texnika bazasında modernləşdirilmiş komanda-qərargah maşınları”.


Bundan əlavə Volqoqrad vilayətinə də dron hücumları olub. Vilayətin qubernatoru Andrey Boçarov bildirib ki, nəticədə Tinquta stansiyası yaxınlığında dəmir yolu zədələnib, bu da qatarların hərəkətində məhdudiyyətlərə səbəb olub. Həmçinin yanğın baş verib və bölgədə qaz təchizatı ilə bağlı problemlər yaşanır.

Bundan əlavə, gecə saatlarında Rostov vilayətinin Salsk şəhərində dəmir yolu və resurs bazası dronlarla hədəfə alınıb.

Kovalenkonun sözlərinə görə, Salskdakı bu obyekt Donetsk cəbhəsinə, eləcə də işğal altındakı Krım və Zaporojye vilayətlərinə yanacaq, sursat və digər yüklərin daşınması üçün logistika mərkəzi rolunu oynayır.

Qeyd edək ki, 6 iyun tarixində Ukrayna dronları Rusiyanın Engels hərbi aerodromu yaxınlığındakı yanacaq bazasına da zərbə endirmişdi. Saratov vilayətinin qubernatoru Rəman Busarqin həmin zərbəni təsdiqləyib.

Engelsdəki bu yanacaq bazasında strateji bombardmançı təyyarələr üçün yanacaq ehtiyatları saxlanılırdı. Bu obyekt daha əvvəl – yanvar ayının əvvəlində də ukraynalı dronlar tərəfindən vurulmuşdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bərdədə bir nəfər çayda BOĞULDU

Bərdədə bir nəfər çayda BOĞULDU

Azərbaycan–Macarıstan iqtisadi əməkdaşlıq komissiyasının iclasına hazırlıq müzakirə olundu

Azərbaycan–Macarıstan iqtisadi əməkdaşlıq komissiyasının iclasına hazırlıq müzakirə olundu

13 ildən sonra "Mançester Siti"dən AYRILDI

13 ildən sonra "Mançester Siti"dən AYRILDI

Arı zəhəri süd vəzi xərçəngi hüceyrələrini ÖLDÜRÜR

Arı zəhəri süd vəzi xərçəngi hüceyrələrini ÖLDÜRÜR

"Çelsi"də 7 illik MÜQAVİLƏ

"Çelsi"də 7 illik MÜQAVİLƏ

Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər

Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər

"Fiziki gücüm olmasa da, Fatmaya görə bunu edəcəyəm" - VİDEO

"Fiziki gücüm olmasa da, Fatmaya görə bunu edəcəyəm" - VİDEO

Ermənistanda ZƏLZƏLƏ OLDU

Ermənistanda ZƏLZƏLƏ OLDU

“Araz Naxçıvan” da Konfrans Liqasında mərhələ adladı - VİDEO

“Araz Naxçıvan” da Konfrans Liqasında mərhələ adladı - VİDEO

TASS üzr istəməsə, Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər GÖRÜLƏCƏK

TASS üzr istəməsə, Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər GÖRÜLƏCƏK

Rəsmi Bakı: “Xankəndidə Ayvazovskinin büstünün sökülməsi qanunauyğundur”

Rəsmi Bakı: “Xankəndidə Ayvazovskinin büstünün sökülməsi qanunauyğundur”

AZƏRTAC: “TASS-ın bu sərlövhəsi və mətni Azərbaycan cəmiyyətində təəccüb və hətta hiddət doğurdu”

AZƏRTAC: “TASS-ın bu sərlövhəsi və mətni Azərbaycan cəmiyyətində təəccüb və hətta hiddət doğurdu”

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

İsrail BƏƏ-də olan vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

İsrail BƏƏ-də olan vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

Şüvəlandakı park uşaqlar üçün təhlükəyə çevrilib - İDDİA/VİDEO

Şüvəlandakı park uşaqlar üçün təhlükəyə çevrilib - İDDİA/VİDEO

"Bilirdik ki, rəqibdən güclüyük" - Valdas Dambrauskas

"Bilirdik ki, rəqibdən güclüyük" - Valdas Dambrauskas

Meteohəssas insanlara sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Meteohəssas insanlara sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə Suriya sərhəddə terrorçulara qarşı genişmiqyaslı təmizləmə əməliyyatı APARIR

Türkiyə Suriya sərhəddə terrorçulara qarşı genişmiqyaslı təmizləmə əməliyyatı APARIR

Gəncədə sərnişin avtobusu piyadanı vurub

Gəncədə sərnişin avtobusu piyadanı vurub

Qalmaqal yaşayan Nigarla Fərqanə haqqında yalan xəbər YAYDILAR - FOTO/VİDEO

Qalmaqal yaşayan Nigarla Fərqanə haqqında yalan xəbər YAYDILAR - FOTO/VİDEO

“Sumqayıt” “Kəpəz”i MƏĞLUB ETDİ

“Sumqayıt” “Kəpəz”i MƏĞLUB ETDİ

“Şazeli”dən həmin görüntülərlə bağlı AÇIQLAMA

“Şazeli”dən həmin görüntülərlə bağlı AÇIQLAMA

Yevlaxda DƏHŞƏT: Ata dünyasını dəyişdi, əlil qızı da acından öldü

Yevlaxda DƏHŞƏT: Ata dünyasını dəyişdi, əlil qızı da acından öldü

Lerikdə rabitə işçisini “tok” vuraraq öldürdü

Lerikdə rabitə işçisini “tok” vuraraq öldürdü

End of content

No more pages to load

RADİO