Kuril adalarının şərqində 6,7 maqnitudalı zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Mənbə qeyd edir ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən (Rusiya) 388 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Kamçatkanın şərq sahilində, Petropavlovsk-Kamçatskidən 155 km şərqdə isə 5 maqnitudalı zəlzələ qeydə alınıb.
Xatırladaq ki, iyulun 29-u Kamçatka yaxınlığında 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Onun maqnitudası 8,8-ə çatıb.
Bizim.Media