Avstraliya “YouTube” platformasını 16 yaşdan aşağı uşaqlar üçün qadağan olunmuş sosial şəbəkələr siyahısına əlavə edib.
Bizim.Media xəbər verir ki, “Reuters” xəbər verir ki, ölkənin baş naziri Entoni Albanese valideynləri dekabr ayında qüvvəyə minəcək bu qadağaya əməl etməyə çağırıb.
MÖVZU İLƏ BAĞLI:
Məşhurluq xəstəliyinə yoluxmaq - Sosial media sizi idarə edir, yoxsa siz onu?
Bu təşəbbüs internet tənzimləyicisinin tövsiyələrindən sonra irəli sürülüb.
Tənzimləyici keçən ay yaydığı sorğu nəticələrində göstərib ki, yetkinlik yaşına çatmayanların 37%-i YouTube-da zərərli məzmuna rast gəlib.
YouTube-un öz məlumatına görə, hazırda 13–15 yaş arası avstraliyalıların təxminən 75%-i bu platformadan istifadə edir.
Bizim.Media