Kamçatkada baş verən zəlzələnin ən gərgin anlarında 14 yaşlı bir qız doğuş edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Shot" Telegram kanalı məlumat yayıb.
Mənbə yazır ki, doğuş zamanı onun yanında 35 yaşlı anası, anestezioloq və mama-ginekoloq olub. Tibb işçiləri vəziyyəti peşəkarlıqla idarə edərək həm fiziki, həm də emosional olaraq qorxu içində olan yeniyetmə anaya dəstək olublar.
Zəlzələnin sarsıntılarına baxmayaraq, doğuş uğurla başa çatıb. Saat 12:20-də (yerli vaxtla) körpə dünyaya gəlib – qız uşağı 2950 qram çəkidə doğulub. Körpənin adı Evelina qoyulub.
Məlumata görə, ailə doğuş prosesində göstərdikləri peşəkarlığa və səbrə görə tibb işçilərini yerli hakimiyyət orqanlarına dövlət mükafatına təqdim etməyi planlaşdırır.
Xatırladaq ki, Kamçatkada bu gün 8.7 ballıq zəlzələ olub. Bildirilib ki, bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir.
Bizim.Media