Rusiyalı aparıcıdan Azərbaycanla bağlı saxta iddialara CAVAB– VİDEO

Rusiyanın “Tsarqrad” telekanalının tanınmış aparıcısı Yuri Pronko Bakıya etdiyi səfərdən aldığı təəssüratları canlı yayımda bölüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə o, telekanalın canlı efirində danışıb.

Onun sözlərinə görə, Azərbaycanın paytaxtında ruslar özlərini çox rahat hiss edirlər, çünki şəhərdə demək olar ki, hər kəs rus dilində danışır.
 

“Rus insanının baxış bucağından deyə bilərəm ki, Bakı çox rahat şəhərdir. Orada doğrudan da hər kəs rusca danışır. Əgər danışmayan biri varsa belə, o da mütləq rusca danışan birini axtarıb tapır”, – deyə Yuri Pronko bildirib.


Aparıcı əlavə edib ki, Bakıya dəfələrlə səfər edib və bu şəhəri çox sevdiyini gizlətmir.

Yuri Pronko Bakı kinoteatrlarında hansı dillərdə filmlərin nümayiş olunduğuna da xüsusi diqqət çəkib:
 

“Kinoteatra gedəndə afişalarda göstərilir ki, filmlər hansı dillərdə gedir – azərbaycanca, türkcə, ingiliscə və rusca. Mən öz gözlərimlə gördüm və bunu Telegram kanalımda da paylaşmışam ki, Bakıda nümayiş olunan filmlərin əksəriyyəti rus dilindədir”.


Pronko həmçinin bildirib ki, onun şəxsi kitabxanasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş üçcildlik nəşr yer alır.

Yekun olaraq, Yuri Pronkonun sözləri bir daha göstərir ki, Azərbaycanın paytaxtı Bakı yalnız region ölkələri üçün deyil, həm də rusdilli insanlar üçün cəlbedici və mədəni baxımdan rahat şəhərdir.

Qeyd edək ki, son dövrlərdə bir sıra Rusiya media resurslarında Azərbaycanda ruslara və rus dilinə qarşı saxta ittihamlar irəli sürülüb. Pronkonun bu açıqlaması isə sözügedən iddiaların əsassızlığını bir daha sübuta yetirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu əcnəbilər dövlət sərhədimizi pozmaq istədilər – FOTO

Bu əcnəbilər dövlət sərhədimizi pozmaq istədilər – FOTO

İpoteka ilə ev almaq istəyənlərə ŞAD XƏBƏR

İpoteka ilə ev almaq istəyənlərə ŞAD XƏBƏR

Bu gecə Kiyevdə dəhşət yaşandı: 2 ölü, 50 yaralı var – FOTO-VİDEO

Bu gecə Kiyevdə dəhşət yaşandı: 2 ölü, 50 yaralı var – FOTO-VİDEO

Xıdırlı kəndinə daha 225 nəfər köçürüldü – FOTO

Xıdırlı kəndinə daha 225 nəfər köçürüldü – FOTO

Kəlbəcər bu səhəri zəlzələ ilə açdı

Kəlbəcər bu səhəri zəlzələ ilə açdı

BİZİM TƏQVİM:31 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:31 iyulda baş vermiş tarixi hadisələr

“Səbail” “Bayıl Arena”dan çıxarılır? – Klubdan AÇIQLAMA

“Səbail” “Bayıl Arena”dan çıxarılır? – Klubdan AÇIQLAMA

“Beşiktaş” Jedsonu “Spartak”a SATDI

“Beşiktaş” Jedsonu “Spartak”a SATDI

Gəncədə bir həftə əvvəl avtomobilin vurduğu piyada xəstəxanada öldü

Gəncədə bir həftə əvvəl avtomobilin vurduğu piyada xəstəxanada öldü

Sahibə Qafarova Cenevrədə bir sıra ölkələrin parlament sədrləri ilə görüşlər keçirdi - FOTO

Sahibə Qafarova Cenevrədə bir sıra ölkələrin parlament sədrləri ilə görüşlər keçirdi - FOTO

“Neftçi”nin yeni hücumçusu komandaya QOŞULDU

“Neftçi”nin yeni hücumçusu komandaya QOŞULDU

Bu qidalar ÖMRÜ UZADIR

Bu qidalar ÖMRÜ UZADIR

“Fənərbağça” PSJ ilə RAZILIĞA GƏLDİ

“Fənərbağça” PSJ ilə RAZILIĞA GƏLDİ

Bakıda ucuz maşın fırıldağı - DİQQƏTLİ OLUN!

Bakıda ucuz maşın fırıldağı - DİQQƏTLİ OLUN!

İsrail ordusu Suriyada hərbi obyektə zərbələr ENDİRDİ

İsrail ordusu Suriyada hərbi obyektə zərbələr ENDİRDİ

Bakıda ağır QƏZA: "Volkswagen" iki piyadanı vurdu, işıq dirəyinə ÇIRPILDI - VİDEO

Bakıda ağır QƏZA: "Volkswagen" iki piyadanı vurdu, işıq dirəyinə ÇIRPILDI - VİDEO

Bu futbolçu “Qəbələ”dən GETDİ

Bu futbolçu “Qəbələ”dən GETDİ

Tramp BRİKS ölkələrinə qarşı tariflərlə bağlı danışıqlar APARIR

Tramp BRİKS ölkələrinə qarşı tariflərlə bağlı danışıqlar APARIR

Qranit Caka İngiltərə klubuna KEÇDİ

Qranit Caka İngiltərə klubuna KEÇDİ

Samuxda 35 yaşlı qadını ilan SANCDI

Samuxda 35 yaşlı qadını ilan SANCDI

Qurban Qurbanov: “Yeni oyunçulara ehtiyac olacaq”

Qurban Qurbanov: “Yeni oyunçulara ehtiyac olacaq”

15 ölkə Fələstin dövlətinin tanınması üçün birgə ÇAĞIRIŞ ETDİ

15 ölkə Fələstin dövlətinin tanınması üçün birgə ÇAĞIRIŞ ETDİ

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi BƏLLİ OLDU

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi BƏLLİ OLDU

Rəşid Behbudovun nəvəsi XANIMI İLƏ - FOTO

Rəşid Behbudovun nəvəsi XANIMI İLƏ - FOTO

End of content

No more pages to load

RADİO