İstanbul-Antalya reysini yerinə yetirən "Turkish Airlines" aviaşirkətinə məxsus "Boeing 777" tipli sərnişin təyyarəsində enişdən sonra tüstülənmə qeydə alınıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə təyyarə eniş etdikdən sonra Antalya hava limanında baş verib.
Tüstülənmənin səbəbi kimi hidravlik sistemdə yaranmış texniki nasazlıq göstərilir.
Təhlükəsizliyi təmin etmək üçün sərnişinlər traplar vasitəsilə təyyarədən təxliyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bizim.Media