Ukrayna Prezidenti Volodimir Zelenski “Bir qrup hərbçinin dövlət mükafatları ilə təltif edilməsi haqqında” fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Fərmana əsasən, Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi şücaətə, hərbi borcunu fədakarlıqla yerinə yetirməsinə görə bir qrup hərbçi orden və medallarla təltif edilib.
Onların siyahısında əslən azərbaycanlı olan hərbçi Şəlimov Yunus Musa oğlu da var.
O, 3-cü dərəcəli “İgidliyə görə” orden ilə təltif edilib.
Bizim.Media