Rusiyanın Severo-Kurilsk şəhərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, sunami təhlükəsi elan edilib, sakinlər təxliyə edilir.
Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr aralıda yerləşib.
Zəlzələdən sonra yaranan sunami nəticəsində Saxalin vilayətindəki Severo-Kurilsk limanı və balıqçılıq müəssisəsi su altında qalıb.
Bizim.Media