Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni ultimatumunu sərt tənqid edib. O, Trampın ultimatum siyasətini müharibəyə aparan yol kimi qiymətləndirib.
Medvedev X sosial şəbəkəsində yazıb: “Tramp Rusiyaya ultimatum verir: 50 gün, ya da 10... O, iki şeyi unutmamalıdır: “Rusiya İsrail deyil, hətta İran da deyil. Hər yeni ultimatum – təhdiddir və müharibəyə addımdır. Müharibə Ukrayna ilə Rusiya arasında deyil, öz ölkənizlədir. Yuxulu Co-nun yolu ilə getməyin.”
“Tezliklə anlayacaqsınız”: senator Qrəm Medvedevə sərt cavab verdi
Bizim.Media xəbər verir ki, ABŞ-ın Respublikaçı senatoru Lindsi Qrem Dmitri Medvedevin müharibə hədəsi ilə bağlı bəyanatına cavab verib.
Qrem özünün X səhifəsində yazıb ki, Tramp ciddi niyyətlə Rusiyanın Ukraynaya qarşı müharibəsini sona çatdırmaq istəyir.
“Rusiyada Trampın Rusiya ilə Ukrayna arasındakı qanlı münaqişəni bitirmək üçün ciddi niyyəti olmadığını düşünənlərə deyirəm: Siz və müştəriləriniz tezliklə çox ciddi səhv etdiyinizi anlayacaqsınız. Həmçinin yaxın vaxtlarda görəcəksiniz ki, Co Bayden artıq prezident deyil,” — Qrem qeyd edib.
Bizim.Media