Rusiyanın Amur vilayətində yerləşən Zavitinsk şəhərində atasının evini təmizləyən qadın təsadüfən ona miras qalan 6 milyon rublu (təxminən 115 min manat) zibilə atıb.
Bizim.Media xəbər verir ki, atasını itirən qadın onun yaşadığı evə gedərək təmizlik işlərinə başlayıb. Lazımsız əşyaları toplayıb tullayan qadın daha sonra atasının Moskvaya köçmək arzusunu xatırlayıb və evdə pul axtarmağa qərar verib. Lakin nə bank hesablarında, nə də evdə pulları tapmayıb.
Bir müddət sonra qonşuların külli miqdarda pul tapdığına dair şayiələr eşidən qadın onlarla danışmaq istəyib. Lakin qonşular heç nə tapmadıqlarını deyərək məsələni inkar ediblər. Bundan sonra qadın polisə müraciət edib.
Aparılan araşdırmalar nəticəsində qonşuların zibilin içindəki un paketlərində gizlədilmiş 6 milyon rublu tapdıqları məlum olub. Onlar pulların bir hissəsini xərcləyib, qalanı ilə yeni ev alıblar./Milli.Az
Bizim.Media