Qələbə Paradında Putin dronlardan necə qorunub? – ŞOK VİDEO

Bu il mayın 9-da Moskvada keçirilmiş Qələbə Paradından yayılan yeni video sosial şəbəkələrdə rezonans doğurub.

Bizim.Media xəbər verir ki, ukraynalı hərbi ekspert Sergey Beskrestnov tərəfindən yayımlanan kadrlarda prezident Vladimir Putinin yaxınlığında dayanan mühafizəçidə “Yolka” adlı xüsusi dron-ələkeçirən olduğu görünür.

Çantadan çıxan və dron formasını xatırladan cihazın görüntüləri sonradan rəsmi yayım görüntüləri ilə müqayisə edilib və videonun doğru olduğu təsdiqlənib.
 

Kadrda Putin yüksək rütbəli zabitlərlə görüşərkən, bir mühafizəçi səliqəli kostyumda və çiynindəki çantadan görünən, dronları havada tutub zərərsizləşdirmək üçün nəzərdə tutulmuş cihazı daşıyır. Bu görüntü Rusiya rəhbərliyinin təhlükəsizliklə bağlı ciddi təşviş içində olduğunu bir daha ortaya qoyur.


Qələbə Paradında görünən yüksək təhlükəsizlik tədbirləri – mobil internetin kəsilməsi, tribunalar üzərinə qurulan qoruyucu konstruksiyalar və dron əleyhinə texnikanın istifadə olunması – hamısı bir şeyi göstərir: Kreml artıq öz xalqına belə etibar etmir. Özünü “qalib lider” kimi təqdim etməyə çalışan Putin, əslində, qorxu içində yaşayan və öz sisteminə belə güvənməyən bir fiqura çevrilib.
 

Əslində, bu səhnə Putinin getdikcə daha çox qorxu içində yaşadığını, öz xalqına belə etibar etmədiyini nümayiş etdirir. Təsadüfi deyil ki, bu il Rusiya prezidenti Sankt-Peterburqda ənənəvi keçirilən Hərbi Paradı da ləğv etdirib. Rusiya şəhərlərində bir çox tədbirlər ya məhdudlaşdırılıb, ya da ümumiyyətlə baş tutmayıb — guya təhlükəsizlik səbəbilə. Əslində isə bu, Putinin reallıqdan və öz vətəndaşlarından nə qədər qorxduğunun göstəricisidir.


Kreml rəhbərliyinin təşviş içində olması təsadüfi deyil. Rusiya hərbi və siyasi rəhbərliyi bir tərəfdən Ukrayna şəhərlərinə qarşı davamlı şəkildə raket və dron hücumları həyata keçirir, digər tərəfdən isə bu hücumların cavabının gec-tez gəldiyini artıq anlayır. Son aylarda Ukrayna tərəfindən həyata keçirilən dron hücumları nəticəsində Moskva və digər şəhərlərdə infrastruktur və hərbi obyektlər zədələnib.

Rəsmi Moskva hər gün Ukraynada dinc insanları qətlə yetirir. Uşaq bağçaları, xəstəxanalar, yaşayış binaları Rusiya ordusunun hədəfinə çevrilir. Beynəlxalq hüququn bütün prinsiplərini pozan bu aqressiv siyasət nəticəsində minlərlə günahsız insan həyatını itirib. Bütün bu hərbi cinayətlərə rəhbərlik edən şəxs kimi Putin yalnız xarici dünyadan deyil, öz içindən də narazılıq və qəzəb dalğası ilə üzləşdiyini anlayır. Məhz buna görə, o, indi bir dronun yaxınlaşmasından belə qorxur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aysun Təranənin qızının VİDEOSUNU paylaşdı

Aysun Təranənin qızının VİDEOSUNU paylaşdı

Qurban Qurbanov: “Mərhələni keçən komanda hələ bəlli deyil”

Qurban Qurbanov: “Mərhələni keçən komanda hələ bəlli deyil”

Astarada 55 yaşlı qadın aldığı xəsarətdən həyatını itirdi

Astarada 55 yaşlı qadın aldığı xəsarətdən həyatını itirdi

Pirşağı çimərliyində atla dənizə girən şəxs HƏBS OLUNDU - VİDEO

Pirşağı çimərliyində atla dənizə girən şəxs HƏBS OLUNDU - VİDEO

İstanbulda güclü yanğın BAŞLAYIB - ANBAAN VİDEO

İstanbulda güclü yanğın BAŞLAYIB - ANBAAN VİDEO

Binəqədinin bəzi ərazilərində QAZ OLMAYACAQ

Binəqədinin bəzi ərazilərində QAZ OLMAYACAQ

Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər

Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər

Portuqaliyalı futbolçu ərəb klubunda - RƏSMİ

Portuqaliyalı futbolçu ərəb klubunda - RƏSMİ

İsrailin Azərbaycandakı səfirinin missiyası BAŞA ÇATDI - VİDEO

İsrailin Azərbaycandakı səfirinin missiyası BAŞA ÇATDI - VİDEO

Fərqanədən Nigara: “Mən nə dedim ki?!” - FOTO

Fərqanədən Nigara: “Mən nə dedim ki?!” - FOTO

Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

“Sumqayıt” futbolçusu ilə müqaviləni UZATDI

“Sumqayıt” futbolçusu ilə müqaviləni UZATDI

Markov: “AZAL təyyarəsini Rusiya vurub və Kreml bunu dəqiq bilir” - VİDEO

Markov: “AZAL təyyarəsini Rusiya vurub və Kreml bunu dəqiq bilir” - VİDEO

Nüşabənin Dubaydan paylaşımı MÜZAKİRƏ YARATDI - VİDEO

Nüşabənin Dubaydan paylaşımı MÜZAKİRƏ YARATDI - VİDEO

Tramp arvadının xahişi ilə Qəzzaya YARDIM GÖNDƏRƏCƏK

Tramp arvadının xahişi ilə Qəzzaya YARDIM GÖNDƏRƏCƏK

Cəlilabadda mərasim evi tikintisi zamanı qəbirlər ZƏDƏLƏNDİ

Cəlilabadda mərasim evi tikintisi zamanı qəbirlər ZƏDƏLƏNDİ

İki güləşçimiz dünya çempionatının FİNALINDA

İki güləşçimiz dünya çempionatının FİNALINDA

Tiktoker “Roşka” yenidən HAKİM QARŞISINDA - FOTO

Tiktoker “Roşka” yenidən HAKİM QARŞISINDA - FOTO

Tramp QƏRARINI VERDİ: Rusiya üçün 10 günlük sayım başladı

Tramp QƏRARINI VERDİ: Rusiya üçün 10 günlük sayım başladı

“Zirə” artıq Xorvatiyadadır - FOTO

“Zirə” artıq Xorvatiyadadır - FOTO

İstanbuldan havaya qalxan təyyarə Antalyaya TƏCİLİ ENİŞ etdi – VİDEO

İstanbuldan havaya qalxan təyyarə Antalyaya TƏCİLİ ENİŞ etdi – VİDEO

Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar MÜƏYYƏNLƏŞDİ

Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar MÜƏYYƏNLƏŞDİ

Sumqayıtda qardaşlar arasında mübahisə QANLA BİTDİ

Sumqayıtda qardaşlar arasında mübahisə QANLA BİTDİ

Röya Ayxandan diqqətçəkən GEYİM - VİDEO

Röya Ayxandan diqqətçəkən GEYİM - VİDEO

End of content

No more pages to load

RADİO