Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətində yerləşən cəzaçəkmə müəssisəsinə (həbsxanaya) zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
Fedorovun sözlərinə görə, hücum nəticəsində azı 16 nəfər həyatını itirib, 35 nəfər isə yaralanıb.
Hadisənin dəqiq vaxtı və istifadə olunan silah növü hələlik açıqlanmayıb. Hücumun məqsədinin və həbsxanadakı vəziyyətin təfərrüatları da bəlli deyil.
Ukrayna tərəfi bu hücumu mülki obyektlərə qarşı yönəlmiş daha bir hərbi cinayət kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti Rusiya Federasiyasının bu addımlarına sərt reaksiya verməyə çağırıb.
Rusiya tərəfi hələlik bu iddialara münasibət bildirməyib.
Bizim.Media