İsrailin baş naziri Binyamin Netanyahu deyib ki, əgər HƏMAS bir neçə gün ərzində atəşkəsə razılaşmasa, Qəzza zolağının bəzi hissələri ilhaq olunucaq.
Bizim.Media xəbər verir ki, bu barədə Haaretz nəşri məlumat yayıb.
Netanyahu bu fikri nazirlərlə keçirdiyi görüşdə səsləndirib və qeyd edib ki, plan Tramp administrasiyası tərəfindən dəstəklənib.
Planın ilk mərhələsində bufer zonası ilhaq ediləcək. Daha sonra Sderot və Aşkelon şəhərlərinə yaxın şimal bölgələri, ardınca isə bütün Qəzza zolağı ilhaq olunacaq.
Qeyd edək ki, bu addım, əgər həyata keçirilərsə, regionda vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.
Bizim.Media