Rusiyanın “Rossiya 1” telekanalında növbəti Azərbaycanofob isterika yaşanıb.
Bizim.Media xəbər verir ki, aparıcı Vladimir Solovyov və RT və “Rossiya Seqodnya” media qrupunun baş redaktoru Marqarita Simonyan “Vladimir Solovyovla axşam” proqramının efirində Şuşada keçirilən media forumunu müzakirə ediblər.
Onlar forumda iştirak etdiklərinə görə Sergey Markov və Mixail Qusmanı hədəfə alaraq tənqid ediblər.
Simonyan isə mövzunu dəyişərək Azərbaycanda həbs edilən “jurnalistlər”dən danışıb və onların həbsini qanunsuz adlandırıb.
Xatırladaq ki, “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin ofisində iyunun 30-da polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçilib.
Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunurlar.
Solovyov və Simonyanın isterik çıxışının yer aldığı videonu təqdim edirik:
Bizim.Media