Telegram-ın qurucusu Pavel Durov bu gün Paris məhkəməsində yenidən dindirilib.
Bizim.Media xəbər verir ki, dindirilmə 9 saatdan çox davam edib və o artıq sərbəst buraxılıb.
Bundan əvvəl onun Fransanı tərk etməsi qadağan olunmuşdu. O, məhkəmə nəzarətində idi.
Qeyd edək ki, Paris istintaqı Telegram platformasını cinayətkar fəaliyyətlə əlaqədə şübhəli bilir.
Mart ayında Durov məhkəmənin icazəsi ilə ölkəni tərk edərək Dubaya getmişdi.
Bizim.Media