Türkiyənin “Roketsan” şirkəti İstanbulda keçirilən beynəlxalq müdafiə sərgisi IDEF-də adi yük konteyneri formasında maskalanmış raket buraxılış sistemini təqdim edib.
Bizim.Media "RIA Novosti"yə istinadən xəbər verir ki, uzunluğu 6 və ya 12 metr olan konteynerdən eyni anda 6 ədəd “yer-yer” tipli “Kara Atmaca” qanadlı raketinin buraxılması nəzərdə tutulur.
Raketlərin maksimal uçuş məsafəsi 300 kilometrə qədərdir.
Qeyd olunur ki, konteynerin daxilində həmçinin raket buraxılışını idarə edən komanda məntəqəsi də yerləşdirilib.
Bizim.Media