Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiyanın Leninqrad vilayətinə hücumları nəticəsində Vladimir Putinin mətbuat katibi Dmitri Peskov və köməkçisi Aleksey Dyumin bir neçə saat Moskvadan Sankt-Peterburqa uça bilməyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Aleksandr Yunaşev öz "Telegram" kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, uçuş saat 09:30-da (Bakı vaxtı ilə saat 10:30) həyata keçirilməli idi.
Kreml nümayəndələri Putinlə birlikdə Hərbi Dəniz Qüvvələrinin təlimlərində iştirak etməli idilər.
Lakin Ukrayna dronlarının hücumu nəticəsində "Xalça" planı tətbiq olunub.
Bu müddət ərzində sərnişinlər təyyarənin göyərtəsində qalaraq uçuşa icazəni gözləyiblər.
Təyyarə Sankt-Peterburqa iki saatlıq gecikmə ilə yola düşüb. (Oxu.az)
Bizim.Media