Sərnişin təyyarəsində yanğın baş verib.
Bizim.Media aif.ru-ya istinadən xəbər verir ki, hadisə ABŞ-ın Kolorado ştatının Denver Beynəlxalq Hava Limanında qeydə alınıb.
Belə ki, "American Airlines" şirkətinə məxsus "Boeing 737 Max" sərnişin təyyarəsinin göyərtəsində yanğın olub.
Problem uçuş zamanı meydana gəlib. Mayami istiqamətində hərəkət edən təyyarədə qəfildən şassi hissəsi alışıb.
Göyərtədə altı ekipaj üzvü və 173 sərnişin olub. Bütün sərnişinlər təcili şəkildə təyyarədən təxliyə ediliblər.
Nəticədə 5 nəfər yüngül xəsarət alıb, bir sərnişin isə xəstəxanaya yerləşdirilib.
Bizim.Media