Şimali Koreya (KXDR) Rusiyaya qarşıdakı avqust ayında Ukraynaya qarşı planlaşdırılan genişmiqyaslı hücumda dəstək verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi Cənubi Koreya kəşfiyyatına istinadən yayıb.
Xəbərə görə, Rusiya bu hücumu Şimali Koreyadan əlavə əsgərlərin iştirakı ilə həyata keçirmək niyyətindədir.
Hal-hazırda Pxenyan Rusiyaya davamlı şəkildə artilleriya mərmiləri və raketlər göndərməyə davam edir. Bu əməkdaşlıq "texniki məsləhətlər" müqabilində həyata keçirilir, yəni Rusiya Şimali Koreyaya peyk buraxılışı və raketlər üçün hədəf yönəltmə sistemləri sahəsində məsləhət dəstəyi verir.
Bu məlumat beynəlxalq aləmdə ciddi narahatlıq doğurub, çünki bu cür əməkdaşlıq Ukraynada müharibənin daha da şiddətlənməsinə və KXDR-in silah texnologiyalarını inkişaf etdirməsinə şərait yarada bilər.
Bizim.Media