ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından getdikcə daha çox narahatlıq keçirir və səbri tükənmək üzrədir.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio bildirib.
O vurğulayıb ki, Tramp hələ də Ukrayna müharibəsinin sonlanmasında maraqlıdır və bu məsələyə münasibətdə passivlik nümayiş etdirmir. Onun sözlərinə görə, Tramp dəfələrlə Rusiya lideri ilə birbaşa və ya dolayı yollarla əlaqə yaratmağa çalışsa da, Kreml tərəfindən real və konkret addımlar atılmayıb.
Senator qeyd edib ki, Tramp söz deyil, konkret hərəkətlər görmək istəyir:
“O, sadəcə bəyanatlarla kifayətlənmək istəmir. Tramp hər dəfə Putindən nəticə gözləyir. Ancaq hər dəfə də bu gözləntilər cavabsız qalır. Artıq Tramp bu vəziyyətlə barışmaq istəmir”.
Rubio həmçinin bildirib ki, Trampın yanaşması “səbirli diplomatiya” deyil, tez nəticə verəcək strategiya üzərində qurulub. Lakin Kreml bu strategiyaya uyğun cavab vermədiyindən, Trampın getdikcə qəzəbi artır.
Bu açıqlama ABŞ-da Trampın xarici siyasətdə, xüsusilə Rusiya və Ukrayna məsələsində hansı taktikanı izlədiyi ilə bağlı yeni müzakirələrə səbəb olub.
Bizim.Media