ABŞ İranla danışıqlar yoluna qayıdacaq.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına verdiyi müsahibəsində deyib.
Rubio bu fikirləri ABŞ prezidenti Donald Trampın gəlini və Fox News telekanalının aparıcısı Lara Trampla söhbətində səsləndirib.
Dövlət katibi vurğulayıb ki, İranla diplomatik danışıqların yenidən gündəmə gəlməsi ehtimalı yüksəkdir.
Bizim.Media