ABŞ Dövlət Effektivliyi Departamenti (DOGE) süni intellektin köməyi ilə federal tənzimləmələrin həcmini yarıbayarı azaltmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bildirilib ki, süni intellekt təxminən 200 min federal normativ sənədi təhlil edəcək və onlardan hansılarının artıq aktual olmadığını və ləğv edilə biləcəyini müəyyənləşdirəcək.
Bu işin 2026-cı il yanvarın 20-nə - Trampın inaqurasiyasının ildönümünə qədər başa çatdırılması planlaşdırılır.
Bizim.Media