“Ukraynanın Avropa İttifaqına qəbulu Aİ-də müharibəyə gətirib çıxaracaq”.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
O qeyd edib ki, Ukrayna Rusiya ilə Aİ arasında tampon dövlət olaraq qalacaq:
“Bu gün Ukraynanın taleyi ondan ibarətdir ki, o, Rusiya Federasiyası ilə həmsərhəd tampon dövlətdir. Bu, narahatlıq doğura bilər, xoşagəlməz ola bilər, və bəzi insanlar bundan qurtulmaq istəyir. Lakin fakt ondan ibarətdir ki, bu ölkə öz ünvanını dəyişə bilməz”.
Bizim.Media