BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ nümayəndəsi Doroti Şi Çini Rusiyanın hərbi sənayesinə dəstəyi dayandırmağa çağırıb.
Bizim.Media xəbər verir ki, o, Çində istehsal olunan və Ukraynaya qarşı hücumlarda istifadə olunan dron və raketlərdəki komponentlərin tədarükünə diqqət çəkib.
Diplomat Pekini ixrac nəzarətini pozmaqda və təcavüzə dolayı yolla dəstək verməkdə ittiham edib.
Buna cavab olaraq, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Gən Şuan bildirib ki, onun ölkəsi Ukraynadakı münaqişəyə qoşulmayıb və münaqişə tərəfi deyil, heç vaxt ölümcül silah tədarük etməyib və həmişə iki məqsədli (hərbi və mülki) materiallara, o cümlədən pilotsuz uçuş aparatlarının ixracına ciddi nəzarət edib.
Pekin adından diplomat ABŞ-ni Ukraynadakı vəziyyətə görə başqalarını günahlandırmağı və ya “qarşıdurma yaratmağı” dayandırmağa çağırıb.
Bizim.Media