Çində yeni virus yayılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, xəsətlik daha çox Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Foşan şəhərində yayılıb.
Virusun daşıyıcıları “Anopheles” adlı ağcaqanadlardır.“Çikunqunya” adlanan virusa yoluxma hallarının sayı son 2 həftədə 4014- ə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatına görə, xəstələrdə əsasən hərarət, halsızlıq və oynaq ağrıları müşahidə olunur.
Az halda ölümə səbəb olduğu deyilsə də hazırda bölgədə bununla bağlı karantin elan ediləcəyi də müzakirə olunur.
Bizim.Media