Çox nadir və qeyri-adi "Tucker 48" avtomobili ABŞ-də hərraca çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Gooding & Christie"s" hərrac evinin saytında elan yerləşdirilib.
Avtomobil Hollivudun məşhur rejissoru Frensis Ford Koppolaya məxsusdur və hətta onun filmində də rol alıb.
"Tucker 48" əsl eksklüziv avtomobildir. Bu modeldən cəmi 50 ədəd istehsal olunub və o, texniki göstəriciləri ilə öz dövrünü qabaqlayıb.
Məlumata görə, rejissor nadir avtomobil üçün 2 milyon dollara qədər gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Frensis Ford Koppola "Xaç atası" və "Apokalipsis bugün" kimi dünya şöhrətli filmlərin rejissorudur. (Oxu.az)
Bizim.Media