Türkiyə istehsalı olan beşinci nəsil KAAN qırıcı təyyarələrinin ilk nümunələri sifarişçilərə 2028-ci ilin sonu – 2029-cu ilin əvvəlində təhvil veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə TUSAŞ aerokosmik şirkətinin baş direktoru Mehmet Demiroğlu məlumat verib.
Onun sözlərinə görə, hazırda bir neçə hərbi təyyarə prototipinin sınaqları davam edir və ilk üç KAAN təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığına təqdim olunacaq.
TUSAŞ-ın baş direktoru KAAN təyyarəsini “Türkiyənin qüruru” adlandırıb.
Qeyd edək ki, Türkiyənin beşinci nəsil təyyarəsinin ilk uçuşu ötən il həyata keçirilib. Bu ilin iyun ayında isə Malayziyaya 48 ədəd KAAN təyyarəsinin tədarükü üzrə müqavilə imzalandığı məlum olub. Razılaşma 2025-ci ildə Cakartada keçirilən “INDO Defence” müdafiə sərgisi çərçivəsində əldə olunub.
Bizim.Media