Rusiyada neft məhsullarının daşınması ilə məşğul olan Railgo şirkətində axtarışlar aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın sosial media kanalları yayıb.
Mənbə qeyd edir ki, Lujnikidə yerləşən ofisə xüsusi təyinatlılar (OMON) və istintaqçılar qəfil basqın ediblər.
Basqın zamanı hüquq-mühafizə orqanları əməkdaşları sənədləri müsadirə edib, şirkət işçilərinə ofisi tərk etməyə icazə verməyiblər.
Qeyd edək ki, Railgo şirkəti azərbaycanlı əsilli Rəhman Xəlilova məxsusdur. Şirkət Qara dəniz vasitəsilə, o cümlədən Azərbaycan mənşəli neft məhsullarının daşınması ilə məşğuldur.
Rəhman Xəlilov isə azərbaycanlı əsilli rusiyalı oliqarx İskəndər Xəlilovun oğludur.
Bizim.Media