Rəsmi Moskva Ukrayna tərəfinə siyasi, humanitar və hərbi məsələlərlə bağlı üç işçi qrupunun yaradılmasını təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul danışıqlarının 3-cü raundunun yekunlarına dair mətbuata açıqlamasında Rusiya nümayəndə heyətinin rəhbəri Medinski bildirib.
MÖVZU İLƏ BAĞLI:
İstanbul danışıqlarının üçüncü raundu BAŞA ÇATDI
O qeyd edib ki, bu qruplar onlayn formatda fəaliyyət göstərəcək.
Bundan əlavə, Rusiya Ukraynaya daha 3000 nəfər həlak olmuş ukraynalı hərbçinin cəsədini təhvil verməyə hazır olduğunu və yaralıların təxliyəsi və cəsədlərin toplanması üçün 24–48 saatlıq qısa müddətli atəşkəslər tətbiq etməyi təklif edib.
Bizim.Media