Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundunun keçiriləcəyi İstanbula gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiya nümayəndə heyətini gətirən təyyarə saat 15:40-da (Bakı vaxtı ilə 16:40) Türkiyənin ən böyük şəhərinin hava limanına enib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu gün İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunda açılış nitqi ilə çıxış edəcək.
Bizim.Media