Atası tərəfindən itkin düşdüyü bildirilən 9 yaşlı kanadalı qızın cəsədi ABŞ-ın Nyu-York ştatındakı bir göldə tapılıb və onun boğularaq öldüyü müəyyən edilib.
Bizim.Media xarici mediaya istinadla bildirir ki, 45 yaşlı Luçano Frattolin öz qızı Melina Frattolinin qətlində və cəsədini gizlətməkdə ittiham olunub.
Kanadalı kişi özünü günahkar saymadığını bildirib və hazırda dairə həbsxanasında saxlanılır.
Frattolin şənbə axşamı 911 təcili yardım xidmətinə zəng edərək qızının itkin düşdüyünü bildirib.
Daha sonra o, polisə deyib ki, guya iki naməlum kişi qızını zorla ağ rəngli bir maşına mindiriblər.
Bizim.Media