İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında Türkiyə nümayəndə heyəti də iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
İlkin ehtimallara görə, nümayəndə heyətinin tərkibində Türkiyə tərəfdən ölkənin xarici işlər naziri Hakan Fidan yer alacaq.
Qeyd edək ki, danışıqların üçüncü raundunun iyulun 23-də baş tutacaq.
Bizim.Media