Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ABŞ-ın UNESCO-dan çıxması barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli açıqlama yayıb.
Onun sözlərinə görə, Ağ Ev rəhbərinin bu qərarı qeyd olunan təşkilatın Amerika maraqlarına uyğun gəlməyən təşəbbüsləri dəstəkləməsi ilə əlaqədardır.
“Bu təşkilat proqressiv və mübahisəli mədəni və sosial təşəbbüsləri dəstəkləyir ki, bunlar noyabr ayında amerikalıların səs verdiyi “sağlam siyasətə” tamamilə ziddir”, – deyə Kelli “New York Post” qəzetinə verdiyi açıqlamada bildirib.
Bizim.Media