Ukrayna münaqişəsinə dair fikir ayrılıqları Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı münasibətləri pozmamalıdır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
“Bizə Azərbaycan rəhbərliyinin Ukrayna məsələsinə münasibəti məlumdur. Bu mövzuda bizim baxışlarımız üst-üstə düşmür. Prezident İlham Əliyev bu mövqeni münaqişənin ilk günlərindən tutmuşdu. Biz isə onunla razı deyildik”, deyə Kremlin nümayəndəsi bildirib.
Peskov əlavə edib ki, bu fikir ayrılıqları ikitərəfli münasibətlərdə yaşanan müvəqqəti soyuma dövrünü arxada qoymağa mane olmayacaq:
“Və biz bu soyuqluq mərhələsini qısa müddətdə aradan qaldıracağıq”.
Bizim.Media