Rusiya Ali Məhkəməsinin sədri İrina Podnosova Moskvada vəfat edib.
Bizim.Media xəbər verir ki, bu informasiyanı onun yaxın ətrafı və Ali Məhkəmə rəsmi şəkildə təsdiqləyib.
Podnosova 71 yaşında idi.
Podnosova 2024-cü il aprelin 17-dən Rusiya Ali Məhkəməsinə rəhbərlik edirdi. O, bu vəzifəyə yeganə namizəd kimi irəli sürülmüş və 1991-ci ildən bu posta rəhbərlik edən Vyaçeslav Lebedevin vəfatından sonra təyin olunmuşdu.
O, 1975-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Universiteti Vladimir Putinlə eyni vaxtda bitirdiyi qeyd olunur.
Ədliyyə sistemində çalışdığı illər ərzində o, Leninqrad vilayət məhkəməsinə, daha sonra isə ümumi yurisdiksiyalı məhkəmələrin İkinci apellyasiya məhkəməsinə rəhbərlik edib.
Bizim.Media