İran nüvə məsələsi üzrə Almaniya, Fransa və Britaniya ilə danışıqlara başlamaq üçün prinsipial razılığa gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim News” agentliyi yazıb.
Məlumata görə, hazırda danışıqların vaxtı və yeri ilə bağlı yekun qərar verilməyib və məsləhətləşmələr davam edir.
Qeyd edək ki, bu yaxınlarda Reuters avropalı mənbələrə istinadla xəbər yayaraq, yayın sonuna qədər irəliləyiş əldə olunmasa, Avropa ölkələrinin İrana qarşı sanksiyaları bərpa etmək üçün “tətik mexanizmi”ni işə salmağa hazır olduqlarını bildirib.
Bizim.Media