Suriyanın Əs-Suveyda şəhərində silahlı qarşıdurmalar tamamilə dayandırılıb.
Bizim.Media "SANA" agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyinin nümayəndəsi Nureddin əl-Baba bəyanatla çıxış edib.
“Hazırda Əs-Suveydada qeyri-qanuni silahlı birləşmələrin döyüşçüləri yoxdur, şəhərdə silahlı toqquşmalar tamamilə dayandırılıb”, – deyə əl-Baba vurğulayıb.
Bizim.Media