İran Silahlı Qüvvələrinin komandan müavini general Əbdürrəhim Musəvi bəyan edib ki, İsrailin hava hücumları zamanı sıradan çıxan bütün hava hücumundan müdafiə (HHM) sistemləri artıq tam şəkildə yenilənib və fəaliyyətə qaytarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə fars mətbuatı yazıb.
Onun sözlərinə görə, İran ordusu çox qısa müddət ərzində ölkənin müdafiə qabiliyyətini bərpa edib və HHM sistemlərinin texniki hazırlığı əvvəlki səviyyədən də yüksəkdir. Musəvi qeyd edib ki, bu, İranın texnoloji imkanlarının və yerli hərbi sənayesinin gücünü göstərir:
“Biz heç bir xarici yardıma ehtiyac duymadan öz imkanlarımızla sistemləri bərpa etdik. Bu, İranın hava məkanını tam şəkildə qorumağa qadir olduğunu bir daha sübut edir”.
Musəvi əlavə edib ki, ölkənin strateji obyektləri və əsas şəhərləri tam şəkildə qorunur və İsrailin hücumlarının İranın hərbi gücünə ciddi təsir göstərmədiyini vurğulayıb. Onun fikrincə, bu hücumlar İranın müdafiə sistemlərini daha da təkmilləşdirməsi və cavab gücünü artırması üçün bir siqnal oldu.
Bizim.Media