Şimali Koreya Rusiyada pivə, sosiska, mürəbbə və hətta akkordeon markalarını qeydiyyatdan keçirir, həmçinin onun balıqçı gəmiləri Rusiya sularında daha fəal şəkildə fəaliyyət göstərməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Financial Times” nəşri yazıb.
Mənbə qeyd edir ki, cavab olaraq Rusiya hakimiyyəti Tuman çayı üzərindən 100 milyon dollar dəyərində körpü inşa edir və Moskva ilə Pxenyan arasında dəmir yolu əlaqəsini bərpa etməyi planlaşdırır.
Məqalədə həmçinin iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri arasında görüşlər, Şimali Koreya idmançılarının Rusiyada çıxışları və Rusiya teatr truppalarının KXDR-də qastrol səfərləri barədə də məlumat verilir.
Bizim.Media