İsrail ordusu Qəzzada HƏMAS-ın silah istehsalı üzrə rəhbərini zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərərsizləşdirilən şəxs HƏMAS-ın istehsalat qərargahında silah istehsalı və inkişafı üzrə bölmənin rəhbəri Başar Tabet olub.
Onun Qəzza zolağında terrorçu qruplaşmaların arsenalının bərpası və gücləndirilməsi ilə məşğul olduğu qeyd olunur.
Bizim.Media