Rusiya ilə Azərbaycan arasında hərbi eskalasiya ehtimalı yoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın “Nezıqar” Teleqram kanalı diplomatik mənbəyə istinadla məlumat yayıb.
“Rusiyanın Qafqazda hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər resursu yoxdur. Hərbi güc balansı Rusiyanın xeyrinə deyil, Azərbaycanın NATO üzvü olan Türkiyə ilə hərbi yardım müqaviləsi var. Belarus və Qazaxıstan rəhbərliyinin Bakıya dəstəyi KTMT ölkələrinin iştirakını tamamilə istisna edir”, - məlumatda qeyd olunub.
Mənbə bildirib ki, Rusiyanın son illər Cənubi Qafqazda mövqeləri zəifləyib, lakin bu il proseslər daha da sürətlənib:
“Türkiyə və ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlamaq təşəbbüsünü ələ keçiriblər, İranın regionda təsiri kəskin şəkildə azalıb, Türkiyə “Qazprom”u regiondan sıxışdıracaq multiqaz qovşağı qurur.
Türkiyə Abxaziyaya marağını artırır. Rusiya Cənubi Qafqazdan sıxışdırılır ki, bu da daxili gündəmə təsir edəcək. “Qafqaz məsələsi” yaxın onillikdə Rusiyanın əsas qaynar nöqtəsinə çevrilə bilər”. (Axar.az)
Bizim.Media