Ərinin dəfn mərasimində onun maketi qarşısında tvörk oynayan qadın sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, qeyri-adi hadisə Peruda baş verib.
Dəfn mərasimində çıxış edən reqqaeton müğənnisi “El Cangri del Callao” qadını və izdihamı rəqs etməyə sövq edib. Həmin an müğənninin instaqram hesabında paylaşılıb və video qısa zamanda 4,3 milyon baxış sayına çatıb.
Görüntülər sosial şəbəkələrdə səs-küyə səbəb olub. Bəziləri hadisəni “hörmətsizlik” kimi şərh edib, digərləri isə bu qeyri-adi vidalaşmanın arxasındakı emosional tonu anlamağa çalışıb.
Sosial şəbəkə istifadəçiləri videoya "bizim vaxtımızda yas mərasimlərində ağlayırdılar, rəqs etmirdilər”, "dul qadın dəfn mərasimində beş yeni sevgili tapdı” və s. şərhlər yazılıb.
Bununla belə bəzi sosial şəbəkə istifadəçiləri qeyd edib ki, insanı son mənzilə yola salanda göz yaşı tökmək şərt deyil, onu nəşəli halda da dəfn etmək olar. (Ölkə.az)
Bizim.Media