Egey dənizi sahillərində 3,6 maqnitudalı zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələnin dərinliyi 7,99 kilometr olub.
Yeraltı təkanlar yerli vaxtla saat 02:22-də qeydə alınıb.Dağıntı və təlafatla bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, dünən axşam saatlarında Türkiyənin Antalya şəhərində də 4,1 maqnitudada zəlzələ baş verib.
Bizim.Media