ABŞ Prezidenti Donald Tramp Almaniyadan Kiyevə öz ehtiyatlarından “Patriot” sistemləri verməsini tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bild” hökumət mənbələrinə istinadən yazıb.
Qəzetin məlumatına görə, ABŞ Prezidenti Tramp Amerika ordusunun ehtiyatındakı “Patriot” sistemlərini paylaşmaq niyyətində deyil.
Qeyd edilib ki, Ukraynaya Almaniya tərəfindən verilməsi planlaşdırılan “Patriot” sistemləri ən tez 6-8 ay ərzində hazır olacaq.
Bizim.Media