Türkiyədə havanın temperaturunun kəskin yüksələcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial şəbəkə hesabında məlumat verib.
Nazir iyulun 19-dan etibarən bir həftə ərzində Türkiyədə havanın temperaturunun 6-12 dərəcə artacağının proqnozlaşdırıldığını bildirib: “Sağlamlığımızı qorumaq və mümkün meşə yanğınlarının qarşısını almaq üçün hər zamankından daha ehtiyatlı davranmalıyıq”.
Nazir Diyarbakır vilayətində havanın temperaturunun 45 dərəcəyədək yüksələcəyini diqqətə çatdırıb.
Bizim.Media