Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, tərəflər Suriyadakı vəziyyətin inkişafını və Ukraynadakı münaqişənin gedişatını müzakirə ediblər.
Ərdoğan Ukrayna ilə bağlı danışıqların bərpasının vacibliyini vurğulayıb və Türkiyənin İstanbulda üçüncü danışıqlar raunduna ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
Bizim.Media